ABŞ-da koronavirusa yoluxanların sayı 27 milyonu ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı 27 milyonu ötüb
# 08 fevral 2021 16:48 (UTC +04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 86 928 yoluxma halı qeydə alınıb, 1268 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 27 milyonu ötüb.

ABŞ-da indiyədək COVID-19-dan ölənlərin sayı 463 mindən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR