ABŞ-da koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

ABŞ-da koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
# 29 fevral 2020 22:48 (UTC +04:00)

ABŞ-ın Vaşinqton ştatında koronavirusa yoluxanlardan bir nəfər ölüb.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Səhiyyə rəsmiləri bildirib.

Qeyd edilib ki, bu, ABŞ-da koronavirusdan ilk ölüm hadisəsidir.

Açıqlamaya görə, ölüm faktı Bakı vaxtı ilə 22 radələrində qeydə alınıb.

Bildirilib ki, bununla bağlı keçiriləcək mətbuat konfransında ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR