ABŞ-da koronavirusdan ölənlərin sayı 26 mini keçib, 613 mindən çoxu virusa yoluxub - YENİLƏNİB

   ABŞ-da koronavirusdan ölənlərin sayı 26 mini keçib, 613 mindən çoxu virusa yoluxub - YENİLƏNİB
# 15 aprel 2020 04:39 (UTC +04:00)

ABŞ-da koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 26 mini keçib.

APA xəbər verir ki, bu barədə Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında statistika aparan Cons Hopkins Universitetinin açıqlamasında bildirilir.

Universitetin məlumatına görə, Bakı vaxtı ilə saat 04:35-dək ümumilikdə 613 886 amerikalı virusa yoluxub. Son bir sutka ərzində virusdan ölənlərin sayı 2407 nəfər artaraq 26 047-yə çatıb. Bu müddətdə 26 945 nəfər də virusun daşıyıcısına çevrilib.

Ölkədə epidemiyanın yayıldığı gündən bu günədək ümumilikdə 38 820 nəfər sağalaraq evinə buraxılıb.

***

Saat 00:25

ABŞ-da koronavirusdan ölənlərin sayı 25 239-a çatıb.

APA-nın xəbərinə görə, bu barədə Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında statistika aparan Cons Hopkins Universitetinin açıqlamasında bildirilir.

Birləşmiş Ştatlarda koronavirusa yoluxanların ümumi sayı isə 592 min nəfərdir.

Onlardan 34 mini sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR