ABŞ-da koronavirusdan sutkalıq ölüm sayında rekord qeydə alınıb

ABŞ-da koronavirusdan sutkalıq ölüm sayında rekord qeydə alınıb
# 08 yanvar 2021 16:46 (UTC +04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 266 mindən çox yoluxma halı qeydə alınıb, 4033 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa yoluxanların sayı 21,6 milyonu ötüb.

ABŞ-da COVID-19-dan ölənlərin sayı 365 mindən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR