ABŞ-da metal istehsalı zavodunda güclü partlayış olub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

ABŞ-da metal istehsalı zavodunda güclü partlayış olub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb
  • Clock-gray 00:22
  • calendar-gray 25 Yanvar 2020

 

ABŞ-ın Texas ştatının qərbində Hyuston şəhərində metal istehsal edən zavodda güclü partlayış baş verib.

APA houston.com portalına istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. 

İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub.

Şəhərin Yanğından Mühafizə İdarəsinin rəisi Sam Peña jurnalistlərə bildirib ki, partlayış o qədər güclü olub ki, yaxınlıqdakı binalar zədələnib. Dağıntılar partlayış yerindən bir neçə yüz metr məsafəyə səpilib.

Şəhər polisinin rəisi Art Asevedonun dediyinə görə, partlayışın terrorla bağlı heç bir əlaqəsi yoxdur. 

Yerli təhsil idarəsinin rəhbərliyi təhlükəsizlik tədbirləri məqsədilə hadisənin baş verdiyi ərazinin yaxınlığındakı iki məktəbdə dərslərin müvəqqəti dayandırılması barədə göstəriş verib.

 

Rəşad Sarıyev

Digər xəbərlər