ABŞ-da məktəbdə silahlı insident baş verib, bir nəfər ölüb

ABŞ-da məktəbdə silahlı insident baş verib, bir nəfər ölüb
# 13 aprel 2021 04:22 (UTC +04:00)

ABŞ-ın Tennessi ştatında Knoxville şəhərindəkiməktəbdə silahlı insident baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin “Twitter” səhifəsində bildirilib.

Qeyd edilib ki, atışma nəticəsində bir polis əməkdaşı daxil olmaqla, bir neçə nəfər yaralanıb.

Hadisə zamanı bir nəfərin öldüyü bildirilib, lakin onun kimliyi barədə məlumat açıqlanmayıb.

Hadisənin təfərrüatları barədə də açıqlama verilməyib, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR