ABŞ-da moteldə yanğın baş verib, 6 nəfər ölüb, 13 nəfər yaralanıb

ABŞ-da moteldə yanğın baş verib, 6 nəfər ölüb, 13 nəfər yaralanıb
# 22 dekabr 2019 08:24 (UTC +04:00)

ABŞ-da axşam saatlarında üçmərtəbəli motel binasında yanğın baş verib.

APA-nın "RİA Novosti" yə istinadən verdiyi məlumata görə, hadisə Las Veqasda yerləşən “Alpine Motel”də qeydə alınıb.

Hadisə nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

Yanğınsöndürənlər binanın ikinci mərtəbəsindən insanları təxliyə ediblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR