ABŞ-da neft-kimya zavodunda yanğın baş verib

ABŞ-da neft-kimya zavodunda yanğın baş verib
# 30 noyabr 2019 05:35 (UTC +04:00)

AbŞ-ın Texas ştatının Port Neçes bölgəsindəki neft-kimya zavodunda güclü yanğın olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Cefferson dairə hakimi Ceff Branik məlumat verib.

Onun göstərişinə əsasən, altı kilometrlik məsafədə yerləşən yaşayış massivindəki insanlar ərazidən təxliyə edilib. Hadisə zamanı üç nəfər yaralanıb.

C.Branik bildirib ki, yanğın söndürülsə də bir sıra məntəqələrdə tüstülər müşahidə edilməkdədir:

“Yanğının tam söndürülməsi üçün ərazidə işlər davam etdirilməkdədir. Hadisənin başvermə səbəblərinin müəyyən edilməsi üçün bir neçə ay lazım olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR