ABŞ-da öldürülən Corc Floyd və onun ölümündə adı keçən sabiq polis eyni klubda işləyiblər

ABŞ-da öldürülən Corc Floyd və onun ölümündə adı keçən sabiq polis eyni klubda işləyiblər
# 31 may 2020 03:03 (UTC +04:00)

ABŞ-ın Minneapolis şəhərində ölən afroamerikalı Corc Floyd və onun ölümündə təqsirləndirilən keçmiş polis əməkdaşı Derek Çavin insidentdən bir il əvvələ qədər gecə klublarının birində işləyiblər.

APA xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

Məlumata görə, 46 yaşlı Floyd və 44 yaşlı Çavin Minneapolisdə Latın klublarının birində asayişə nəzarət ediblər. Keçmiş polis işçisi orada mühafizəçi, ölən Floyd isə qoluzorlu kimi işləyib.

Floyd işində adı keçən sabiq polis zabiti Derek Çavin hazırda nəzarət altındadır, ona qarşı qeyri-ixtiyari adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Corc Floydun ölümü ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Minneapolisdə və digər şəhərlərdə kütləvi iğtişaşlar baş verib. Videogörüntüdən də aydın olur ki, polis əməkdaşları Floydu yerə yıxaraq onun qolunu qandalla bağlayıblar, bununla belə, zabitlərdən biri dizini Floydun boğazına dirəyib. Saxlanılan şəxs bir neçə dəfə nəfəs ala bilmədiyini deyir və daha sonra huşunu itirir. Floyd sonradan xəstəxanaya çatdırılsa da, reanimasiyada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR