ABŞ-da partlayış olub, 3 polis yaralanıb

ABŞ-da partlayış olub, 3 polis yaralanıb
  • Clock-gray 13:41
  • calendar-gray 28 Fevral 2021

ABŞ-da partlayış nəticəsində 3 polis əməkdaşı yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Kanzas ştatının Uiçito şəhər polis idarəsinin “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

Hadisə polis əməkdaşları şəhərdə yaşayış olmayan bir evə daxil olan zaman baş verib. Naməlum partlayıcı qurğunun işə düşməsi nəticəsində iki polis əməkdaşı yüngül, bir polis əməkdaşı ağır yaralanıb.

Hadisə yerinə ekspertlər cəlb edilib.

apa-logo-mini

Digər xəbərlər