ABŞ-da peyvəndlərin hansı halda sərbəst istifadəsinə icazə veriləcəyi açıqlanıb

ABŞ-da peyvəndlərin hansı halda sərbəst istifadəsinə icazə veriləcəyi açıqlanıb
# 12 avqust 2020 21:18 (UTC +04:00)

ABŞ-da yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlərin istifadəsinə yalnız onların təhlükəsiz olduğu sübut ediləcəyi təqdirdə icazə veriləcək.

APA “The Washington Post”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyəti üzrə Sanitar Nəzarət İdarəsi (FDA) açıqıama yayıb.

“Təhlükəsiz olduğu sübut edilməyəcəyi təqdirdə, peyvəndin ictimaiyyət tərəfindən istifadəsinə veriləcəyindən söhbət gedə bilməz, buna dair heç bir fikir yoxdur”, - deyə nəşr qurumun tənzimləyicisi Stiven Handan sitat gətirib.

Qurumun yaxın bir neçə ayda bu və ya digər ABŞ peyvəndinin təsirli və təhlükəsiz olması barədə qərar verəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR