ABŞ-da pilotlara "Pfizer" və "BioNTech" şirkətlərinin peyvəndlərindən istifadəyə icazə verilib

ABŞ-da pilotlara "Pfizer" və "BioNTech" şirkətlərinin peyvəndlərindən istifadəyə icazə verilib
# 13 dekabr 2020 01:11 (UTC +04:00)

ABŞ Federal Aviasiya İdarəsi (FAA) pilotlara “Pfizer” və “BioNTech” şirkətlərinin istehsalı olan koronavirus əleyhinə peyvəndlərdən istifadəyə icazə verib. Ancaq bundan sonra 48 saat ərzində təyyarə edə bilməyəcəklər.

APA xəbər verir ki, bu barədə qurumun internet saytında məlumat yer alıb.

Məlumata görə, peyvəndləri pilotlarla yanaşı, FAA tibbi sertifikatı olan hava hərəkəti nəzarətçiləri də əldə edə biləcək. Bununla yanaşı, peyvənddən istifadə etdikdən sonra “uçuş və ya hava hərəkətinə nəzarət kimi təhlükəsizlik məsələləri ilə bağlı aviasiya vəzifələrinin icrasına başlamazdan əvvəl 48 saatlıq müddətə riayət etmək” lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR