ABŞ-da qadın sürücü avtomobili nümayişçilərin üzərinə sürüb, yaralılar var

ABŞ-da qadın sürücü avtomobili nümayişçilərin üzərinə sürüb, yaralılar var
# 12 dekabr 2020 07:11 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatında keçirilən nümayiş zamanı qadın sürücü avtomobili kütlənin üzərinə sürüb.

APA yerli ABC televiziyasına istinadən xəbər verir ki, Manhettendə baş verən hadisə nəticəsində 7 nəfər yaralanıb.

Onların bəziləri xəstəxanaya yerləşdirilib. Sürücü hadisə yerindən yayınmayıb. Polis tərəfindən saxlanılan qadının ifadəsi alınıb.

Bildirilib ki, nümayişi keçirənlər “Black Lives Matter” hərəkatını dəstəkləyən tərəfdarları olub.

Reuters-in yerli Polis Departamentinə istinadən yaydığı məlumata görə, nümayişdə əlli nəfər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR