ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
# 12 yanvar 2020 03:30 (UTC +04:00)

ABŞ-ın Alabama ştatında qar fırtınası nəticəsində azı 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Milli Meteoroloji Xidmət özünün “Twitter” səhifəsində bildirib.

Bundan əvvəl isə Luiziana ştatında 3 nəfərin, bir nəfərin də Texas ştatında öldüyü xəbər verilmişdi. Qar fırtınası artıq üç gündür davam edir.

“Qar fırtınası Çikaqoya doğru hərəkət edir və bu həftəsonu şəhərin ətrafını yarım futdan çox qar örtüyü bürüyəcək”, - deyə məlumatda qeyd olunur.

Artıq mindən çox aviareys ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR