ABŞ-da qar uçqunu nəticəsində 4 nəfər ölüb

ABŞ-da qar uçqunu nəticəsində 4 nəfər ölüb
# 07 fevral 2021 08:05 (UTC +04:00)

ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhəri yaxınlığında baş vermiş qar uçqunu dağda xizək sürən 4 nəfərin ölümünə səbəb olub.

APA xəbər verir ki, bu barədə “ABC” telekanalı yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Təbii fəlakət zamanı dörd nəfər xilas ola bilib. Onlar yüngül xəsarət alıblar.

Yerli rəhbərlik bir müddət əvvəl bölgədə qar uçqunu təhlükəsi barədə xəbərdarlıq etsə də, həmin şəxslər buna məhəl qoymayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR