ABŞ-da quşçuluq təsərrüfatında kimyəvi sızma nəticəsində 6 nəfər ölüb

ABŞ-da quşçuluq təsərrüfatında kimyəvi sızma nəticəsində 6 nəfər ölüb
# 29 yanvar 2021 08:20 (UTC +04:00)

ABŞ-ın Corciya ştatında yerləşən quşçuluq təsərrüfatlarından birində maye azotun sızması nəticəsində azı 6 nəfər dünyasını dəyişib.

APA “Associated Press”ə istinadən xəbər verir ki, 5 nəfər yerindəcə ölüb, daha 1 nəfər isə xəstəxanada vəfat edib.

Hadisə yerinə gələn yanğınsöndürənlərdən 4-ü sızmanın nəticələrinin aradan qaldırılması zamanı yaralanıb. Təxminən, 130 fabrik işçisi təxliyə edilib. Onlar dərhal həkim müayinəsinə cəlb ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR