ABŞ-da senator vətəndaşlara 1200 dollar ödənilməsi üzrə qanun layihəsini bloklayıb

ABŞ-da senator vətəndaşlara 1200 dollar ödənilməsi üzrə qanun layihəsini bloklayıb
# 19 dekabr 2020 04:33 (UTC +04:00)

ABŞ senatoru Ron Conson iqtisadiyyatda tələbi stimullaşdırmaq üçün vergi ödəyicilərinə birbaşa ödəmələr üzrə təklif olunan qanun layihəsini bloklayıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ Senatında tək bir senator bu və ya digər qanunun qəbulunu əngəlləyə bilər.

Respublikaçı senator Coş Hauli il ərzində 75 min dollara qədər qazanan bütün ölkə vətəndaşlarına 1200 dollar ödənilməsi ilə bağlı qanun layihəsi təklif edib. Bu məbləğ mart ayında qəbul edilən qanuna uyğun olaraq artıq bir dəfə ödənilib. Lakin Haulinin partiya həmkarı Conson biznesə dəstək verməyin daha düzgün olduğunu deyərək bu təklifə qarşı çıxıb.

“Hədəfi kiçik biznes sahələri olan istənilən növ proqramın qəbul edilməsini tamamilə dəstəkləyirəm”, - Conson belə deyib.

Onun sözlərinə görə, bundan əvvəlki ödənişlər “tələsik” atılmış addımdır.

Qeyd edək ki, Konqres hazırda 900 milyard dollarlıq stimul paketinin qəbulu və bununla paralel şəkildə müvəqqəti büdcənin qəbulu ilə bağlı müzakirələr aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR