ABŞ-da silahlı insident nəticəsində 7 nəfər yaralanıb

ABŞ-da silahlı insident nəticəsində 7 nəfər yaralanıb
# 18 fevral 2021 02:20 (UTC +04:00)

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində silahlı insident baş verib.

APA yerli “ABC” telekanalına istinadən xəbər verir ki, şəhər avtovağzalının ərazisində baş verən hadisə nəticəsində 7 nəfər yaralanıb.

Polis şübhəli qismində bir nəfər saxlayıb. Saxlanılan şəxsdən iki silah götürülüb. Atışmanın səbəbi və yaralıların vəziyyəti barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR