ABŞ-da silahlı insident nəticəsində 7 nəfər yaralanıb

ABŞ-da silahlı insident nəticəsində 7 nəfər yaralanıb
# 27 mart 2021 22:28 (UTC +04:00)

ABŞ-ın Filadelfia şəhərində baş verən silahlı insident nəticəsində 7 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “Philadelphia Enquirer” portalı məlumat yayıb.

Hadisə idman kompleksinin barında baş verib.

Polisin məlumatına görə, atışma mübahisə zəminində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxs tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR