ABŞ-da silahlı insident zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-da silahlı insident zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 09 aprel 2021 01:30 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Brayan şəhərində silahlı insident baş verib.

APA yerli CBS telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.

Polisin məlumatına görə, mebel fabrikinin ərazisində hadisəni törədən şəxs hələ də tutulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR