ABŞ-da son 70 ildə ilk dəfə federal səviyyədə qadın edamı təxirə salınıb

ABŞ-da son 70 ildə ilk dəfə federal səviyyədə qadın edamı  təxirə salınıb
# 20 noyabr 2020 07:11 (UTC +04:00)

ABŞ məhkəməsi ölüm cəzasına məhkum edilmiş bir qadının edamını son 70 ildə ilk dəfə olaraq federal səviyyədə təxirə salıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hökmün icrası bu ilin dekabrın 8-də da İndiana ştatında inyeksiya yolu ilə ediləcəyi planlaşdırılırdı.

Ştat hakim Randolf Moss qadının vəkillərinə onun koronavirusdan müalicəsi, eləcə də ABŞ prezidentinə cəzanın yüngülləşdirilməsi üçün vəsatət hazırlamaq məqsədilə ilin sonuna qədər edamın təxirə salınmasını təmin edib.

Qeyd edək ki, məhkum Lisa Montqomeri 2004-cü ildə hamilə qadını xüsusi vəhşiliklə öldürməkdə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR