ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub - YENİLƏNİB-1

ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub - YENİLƏNİB-1
# 01 aprel 2020 07:01 (UTC +04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirusun təsirindən rekord sayda – 860 nəfərdən çox insan ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə federal və yerli dairələrin məlumatları əsasında hesabat aparan Cons Hopkins Universitetinin açıqlamasında qeyd edilir.

Məlumata görə, son 24 saatda ölkədə infeksiyanın ağırlaşması nəticəsində 865 nəfər həyatını itirib. Ümumilikdə ölənlərin sayı 3873 nəfərə çatıb. Universitetin məlumatında deyilir ki, ABŞ-da ümumilikdə 188 mindən çox insan virusa yoluxub.

Epidemiyanın yayılmasından bəri ilk dəfə ABŞ-da bir sutkada 700-dən çox insan dünyasını dəyişib.

“France Press” agentliyinin məlumatına görə, indiyədək bir sutkada ən çox ölüm sayı İtaliyada qeydə alınıb. 27 martda virus bu ölkədə 969 nəfərin ölümünə səbəb olmuşdu.

***

Saat 02:12

ABŞ-da son bir gündə yeni növ koronavirusun yaratdığı xəstəlikdən 770 nəfər dünyasını dəyişib.

APA "TASS"-a istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət rəsmi dairələrin məlumatları əsasında "CNN" telekanalı məlumat yayıb.

Bildirilir ki, ölkədə epidemiya başlayandan bəri ilk dəfə bir sutka ərzində 700-dən çox insan koronavirus səbəbindən həyatını itirib. "CNN"-in bildirdiyinə görə, bununla da ABŞ-da virusdan ölənlərin ümumi sayı 3774-ə çatıb.

Eyni mənbələr əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatında isə deyilir ki, ABŞ-da 184,1 mindən çox insanda koronavirus infeksiyası qeydə alınıb, 3721 nəfər ölüb. 6043 yoluxmuş şəxs sağalıb.

***

Saat 23:39

ABŞ-da yeni növ koronavirusun yaratdığı xəstəlik qurbanlarının sayı 3,4 min nəfəri keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlamanı federal və ştat rəsmilərinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti yayıb.

Məlumata görə, ABŞ-da 175 067 nəfərə koronavirus diaqnozu qoyulub, 3415 nəfər ölüb, 5995 nəfər isə sağalıb. Göstəricilərdən aydın olur ki, ABŞ-da koronavirusdan ölənlərin sayı Çində eyni səbəbdən həyatını itirənlərdən (3309 nəfər) çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR