ABŞ-da son sutkada 1 558 nəfər koronavirusdan ölüb

ABŞ-da son sutkada 1 558 nəfər koronavirusdan ölüb
# 26 mart 2021 18:30 (UTC +04:00)

ABŞ-da koronavirusdan ölənlərin sayı 546 min nəfəri ötüb.

APA-nın məlumatına görə, bu barədə federal və yerli dairələrin məlumatları əsasında hesabat aparan Cons Hopkins Universitetinin açıqlamasında deyilir.

Belə ki, son sutkada ABŞ-da koronavirusdan ölənlərin sayı 1 558 nəfər olub. Ümumi ölənlərin sayı isə 546 825 nəfər təşkil edir.

Qeyd edək ki, ölkədə son sutkada 67 443 nəfər koronavirusa yoluxub, ümumi yoluxma sayı isə 30 080 240 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR