ABŞ-da son sutkada 2,7 mindən çox insan koronavirusdan ölüb

ABŞ-da son sutkada 2,7 mindən çox insan koronavirusdan ölüb
# 03 dekabr 2020 08:26 (UTC +04:00)

ABŞ-da son sutka ərzində 2,7 mindən çox insan COVID-19 infeksiyasından ölüb ki, bu da aprel ayından bəri ən yüksək göstərici hesab olunur.

APA xəbər verir ki, bu barədə məlumatı “Tracking Project” portalı yayıb.

Məlumata görə, 2 dekabrda ölkədə koronavirusdan 2733 ölüm faktı qeydə alınıb, 1 dekabrda isə bu rəqəm 2474 pıub.

ABŞ-da bütün pandemiya dövrü ərzində ölüm hallarının sayı 272 mini keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR