ABŞ-da son sutkada 80 min nəfər koronavirusa yoluxub

ABŞ-da son sutkada 80 min nəfər koronavirusa yoluxub
# 27 mart 2021 16:11 (UTC +04:00)

ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 80716 nəfər olub.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins İnstitutu məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 1265 nəfər koronavirusdan vəfat edib, bununla da ABŞ-da indiyədək bu infeksiyaya yoluxaraq ölənlərin sayı 548089 nəfərə çatıb.

Ölkədə indiyədək 30 milyondan çox insan koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR