ABŞ-da son sutkada COVID-19-a 213 905 yoluxma qeydə alınıb, 1814 nəfər ölüb

ABŞ-da son sutkada COVID-19-a 213 905 yoluxma qeydə alınıb, 1814 nəfər ölüb
# 11 yanvar 2021 17:02 (UTC +04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 213 905 yoluxma halı qeydə alınıb, 1814 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 22,4 milyondan çox yoluxma qeydə alınıb.

ABŞ-da COVID-19-dan ölənlərin sayı 374 mindən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR