ABŞ-da son sutkada COVID-19-a 42 mindən çox yoluxma qeydə alınıb, 571 nəfər ölüb

ABŞ-da son sutkada COVID-19-a 42 mindən çox yoluxma qeydə alınıb, 571 nəfər ölüb
  • Clock-gray 15:57
  • calendar-gray 17 Avqust 2020

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 42 048 yoluxma halı qeydə alınıb, 571 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək koronavirusa 5 404 115 yoluxma halı qeydə alınıb.

Ölkədə indiyə qədər COVID-19-a yoluxan 170 mindən çox insan vəfat edib.

 Xəstəlikdən sağalanların sayı 1,8 milyon nəfərdən çoxdur.

apa-logo-mini

Digər xəbərlər