ABŞ-da son sutkada COVID-19-dan 1 061 nəfər ölüb

ABŞ-da son sutkada COVID-19-dan 1 061 nəfər ölüb
  • Clock-gray 18:20
  • calendar-gray 21 Avqust 2020

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 1 061 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, ABŞ-da indiyədək xəstəlikdən ölənlərin ümumi sayı 177 456 nəfərə çatıb. 

Son 24 saatda virusa 44 762 yeni yoluxma halı qeydə alınıb. ABŞ-da bununla da infeksiyaya yoluxanların ümumi sayı 5 747 544 nəfərə çatıb.

Xəstəlikdən 3 milyondan artıq şəxs sağalıb.

Zümrüd Paşkin

Digər xəbərlər