ABŞ-da son sutkada koronavirusa 64 534 yoluxma qeydə alınıb, 1082 nəfər ölüb

ABŞ-da son sutkada koronavirusa 64 534 yoluxma qeydə alınıb, 1082 nəfər ölüb
# 22 iyul 2020 15:26 (UTC +04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 64 534 yoluxma halı qeydə alınıb, 1082 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək 3 902 135 nəfər koronavirusa yoluxub, xəstəlikdən 142 mindən çox insan həyatını itirib.

1,1 milyondan çox insan isə COVID-19-dan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR