ABŞ-da son sutkada koronavirusa rekord sayda yoluxma olub

ABŞ-da son sutkada koronavirusa rekord sayda yoluxma olub
# 12 dekabr 2020 15:27 (UTC +04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma üzrə rekord qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə Federal və yerli hakimiyyət orqanlarının, habelə KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin açıqlamasında deyilir.

Qeyd olunur ki, son sutka ərzində ABŞ-da 231 775 insan koronavirusa yoluxub. Bundan öncəki rekord göstərici (227 min yoluxma) dekabrın 5-də qeydə alınmışdı.

Universitet bildirir ki, son sutkada ABŞ-da 3 309 nəfər COVID-19-dan ölüb.

Xatırladaq ki, ABŞ-da koronavirusa təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 15 milyonu ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR