ABŞ-da son sutkada koronavirusdan 540 nəfər ölüb

ABŞ-da son sutkada koronavirusdan 540 nəfər ölüb
# 04 avqust 2020 15:32 (UTC +04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 368 yoluxma halı aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da son sutkada COVID-19-dan 540 nəfər ölüb.

ABŞ-da indiyədək 4 717 716 nəfər koronavirusa yoluxub, 155 mindən çox insan ölüb.

Xəstəlikdən sağalanların sayı 1.5 milyon nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR