ABŞ-da sörfinqçi köpəkbalığının hücumu nəticəsində ölüb

ABŞ-da sörfinqçi köpəkbalığının hücumu nəticəsində ölüb
# 11 may 2020 04:12 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatı sahillərində sörfinq ustası köpəkbalığının hücumu nəticəsində həyatını itirib.

APA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, köpəkbalığı sahildən 90 metr məsafədə 26 yaşlı gəncə hücum edib, sörfinqçi hadisə yerində keçinib.

Hadisə ilə əlaqədar olaraq hücumun baş verdiyi nöqtədən hər iki tərəfə 500 metr məsafədə sahil zolağı beş günlüyünə bağlanıb. Koronavirusa görə çimərlik buna qədər də ziyarətçilərin üzünə bağlı olub, ancaq burada idmanla məşğul olmağa icazə verilirdi.

Bildirilir ki, son günlər bu ərazilərdə ağ köpəkbalıqlarının fəallığı artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR