ABŞ-da supermarketdə baş vermiş atışmada 3 nəfər yaralanıb

ABŞ-da supermarketdə baş vermiş atışmada 3 nəfər yaralanıb
# 11 fevral 2020 06:20 (UTC +04:00)

ABŞ-ın Arkanzas ştatındakı Walmart supermarketlər şəbəkəsində baş verən atışma zamanı azı 3 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə ştatın şərqindəki Forrest-Siti şəhərində baş verib.

“WMC” telekanalının yerli filialının məlumatına görə, silahlı şəxs məhv edilib. Həmçinin yaralılardan ikisinin polis olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR