ABŞ-da tornado nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB
# 04 mart 2020 05:12 (UTC +04:00)

ABŞ-ın Tennessi ştatında baş verən qasırğa nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə NBC televiziyası dövlət orqanlarına istinadən məlumat yayıb.

Bundan əvvəl CNN 22 nəfərin ölməsi barədə məlumat vermişdi.

ABŞ-ın Okeanlar və Atmosfer üzrə Milli Agentliyinin məlumatına əsasən, bu təbii fəlakət ölənlərin sayına görə, Tennessi ştatının tarixində ikinci ən böyük qasırğa olub. 22 mart 1952-ci ildə baş verən qasırğa bu ştatda 38 nəfərin, 5 fevral 2008-ci ildə isə 22 nəfərin ölümünə səbəb olmuşdu.

***

Saat 00:22

ABŞ-ın Tennessi ştatında yüğyan edən tornado nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “CNN” ştatın fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.

Ölüm hallarının əksəriyyəti – 16 nəfər – Patnam dairəsində qeydə alınıb. Benton, Uilson və Devidson dairələrində 6 nəfər ölüb.

Budan əvvəl “Associated Press” 19 nəfərin ölməsi barədə xəbər yaymışdı. Neşvill şəhərinin yanğından mühafizə xidmətinin rəhbəri Uilyam Suonn 156 nəfərin də xəstəxanalara yerləşdirildiyini bildirib. Tornado 48 tikilinin dağılmasına və elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Ştatda 47 mindən çox sakin elektrik enerjisindən məhrum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR