ABŞ-da tornado və tufan 18 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB

ABŞ-da tornado və tufan 18 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB
# 13 aprel 2020 17:27 (UTC +04:00)

ABŞ-ın cənubunda baş verən tornado və tufanda ölənlərin sayı 18 nəfərə çatıb.

APA-nın xəbərinə görə, ABC telekanalının məlumatında bildirilir ki, təbii fəlakət daha çox Missisipi ştatına zərər vurub, burada 11 nəfər ölüb.

Altı nəfər Corciya, bir nəfər isə Arkanzasda hava şəraitinin qurbanı olub. Tennessi ştatında 14 nəfər xəstəxanalara yerləşdirilib. Luizianada 300 evə ziyan dəyib, ölüm barədə məlumat daxil olmayıb.

Aprelin 12-də Missisipi, Luiziana, Arkanzas, Tennessi, Alabama, Cənubi Karolina və Şimali Karolinada tornado və güclü külək baş verib. Missisipi, Luiziana və Alabama ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib. 750 minədək insan işıqsız alıb.

***

10.12

ABŞ-ın Missisipi ştatının cənubunda aprelin 12-də baş verən güclü tufan və tornado altı nəfərin ölümünə səbəb olub.

APA-nın xəbərinə görə, CNN yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, fövqəladə xidmətin əməkdaşları təbii fəlakətin ştata vurduğu ziyanı hesablayır.

Qonşu Luiziana ştatında isə 300-dək ev və təsərrüfat tikilisi zərər görüb. Minlərlə insan işıqsız qalıb.

Luizianada ölən və xəsarət alanların olması barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR