ABŞ-da təyyarə avtomobilin üzərinə düşüb, ölənlər var

ABŞ-da təyyarə avtomobilin üzərinə düşüb, ölənlər var
# 16 mart 2021 08:32 (UTC +04:00)

ABŞ-ın Florida ştatının Pembrok-Payns şəhərində təyyarə qəzası baş verib.

APA “NBC” telekanalına istinadən xəbər verir ki, yüngül mühərrikli təyyarə avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində təyyarədə olan iki nəfər ölüb. Avtomobilin sürücü və içində olan uşaq yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR