ABŞ Əfqanıstandakı əsgərlərinin yarısını oradan çıxaracaq

ABŞ Əfqanıstandakı əsgərlərinin yarısını oradan çıxaracaq
# 08 oktyabr 2020 02:52 (UTC +04:00)

ABŞ 2021-ci ilin əvvəlinə qədər Əfqanıstandakı hərbi kontingentini 2,5 min əsgərədək azaldacaq.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen bildirib.

“Prezident Tramp bu vəzifəyə gələnədək Əfqanıstanda təxminən 10 min ABŞ əsgəri var idi. Hazırda onların sayı 5000-dən azdır və gələn ilin əvvəlinə qədər bu rəqəm 2500-ə enəcək”, - prezidentin köməkçisi belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR