ABŞ həbsxanasında iğtişaş olub, xəsarət alan var

ABŞ həbsxanasında iğtişaş olub, xəsarət alan var
# 07 fevral 2021 03:47 (UTC +04:00)

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhər həbsxana və ilkin təcridxana mərkəzində məhbuslar iğtişaş törədərək, bir mühafizəçini yaralayıblar.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin ictimai təhlükəsizlik idarəsinin rəhbəri Cimmi Edvards mətbuat konfransında bildirib.

Bildirilir ki, mühafizəçilərlə toqquşmalarda 110-dan çox məhbus iştirak edib. Onlardan bir çoxunun “təhlükəli cinayətkar” hesab olunduğu deyilir. Təcridxana binasında yanğın da təşkil edilib. Edvardsın sözlərinə görə, bir nəzarətçi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məhbuslar arasında xəsarət alan yoxdur.

Edvards hazırda nəzarətin bərpa edildiyini bildirib. Polis əməkdaşları məhkumları kameralara yerləşdiriblər. İğtişaşların 60-dan çox iştirakçısı başqa mərkəzə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR