ABŞ-ın 14 ştatında koronavirusa yoluxma kəskin artıb

ABŞ-ın 14 ştatında koronavirusa yoluxma kəskin artıb
# 10 iyun 2020 09:57 (UTC +04:00)

ABŞ-ın 14 ştatında koronavirusa yoluxma kəskin artıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, Alyaska, Arizona, Arkanzas, Texas, Kaliforniya, Şimali Karolina, Cənubi Karolina, Florida, Nyu Meksiko, Missisipi kimi ştatlarda son bir həftədə yüksək yoluxma qeydə alınıb.

Bu, ABŞ-ın kənd yerlərində infeksiyaların sayının artması tendensiyası fonunda baş verir, halbuki "ilk dalğa" Nyu-York və Çikaqo kimi sıx məskunlaşmış şəhərlərdə baş verib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi Corc Floydun ölümü ilə bağlı etirazlarla bağlı vəziyyəti yaxından izləyir və bunların COVID-19 statistikasına necə təsir göstərə biləcəyini araşdırır.

Son məlumata görə, ABŞ-da koronavirusdan ölənlərin sayı 113 125 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR