ABŞ-ın Arkansas ştatında "Laura" qasırğası səbəbindən 300 min sakin elektriksiz qalıb

ABŞ-ın Arkansas ştatında "Laura" qasırğası səbəbindən 300 min sakin elektriksiz qalıb
  • Clock-gray 08:02
  • calendar-gray 28 Avqust 2020

ABŞ-ın Arkansas ştatında "Laura" tropik qasırğası səbəbindən 300 min sakin elektriksiz qalıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Asa Hatçinson CNN-ə açıqlamasında bildirib.

Qubernatorun sözlərinə görə, yaxın 24 saat ərzində vəziyyət həqiqətən təhlükəli olaraq qalacaq: “Əhaliyə sayıqlığı itirməmək, yağışdan və daşqından sonra da öz təhlükəsizliklərinə diqqət göstərmələri barədə xəbərdarlıq edilib”.

Onun sözlərinə görə, qasırğa nəticəsində Arkanzasda ölüm faktı qeydə alınmayıb. 

Qeyd edək ki, ABŞ-ın Milli Qasırğaları Müşahidə Mərkəzinin son hesablamalarına görə, qasırğanın sürəti Luiziana və Texas ştatları istiqamətində 22,3 m/s-yə çatıb. 

 

Rəşad Sarıyev

Digər xəbərlər