ABŞ-ın Florida ştatı koronavirusa yoluxma hallarının sayına görə Nyu-Yorku keçib

ABŞ-ın Florida ştatı koronavirusa yoluxma hallarının sayına görə Nyu-Yorku keçib
  • Clock-gray 07:56
  • calendar-gray 26 İyul 2020

ABŞ-ın cənubundakı Florida ştatı COVID-19 infeksiyasına yoluxma hallarının sayına görə koronavirusdan ən çox əziyyət çəkən ştatlardan biri Nyu-Yorku keçib.

APA xəbər verir ki, bu barədə Səhiyyə Departamentinin yerli şöbəsinin saytında məlumat yayılıb.

Ən son məlumatlara görə, Florida ştatında 414 511 COVID-19-a yoluxma faktı qeydə alınıb, Nyu-Yorkda isə bu rəqəm 411 200-dür.

İnfeksiyaya yoluxma hallarının sayına görə ABŞ-da birinci yeri hələ də 435 334 faktın qeydə alındığı Kaliforniya ştatı tutur.

apa-logo-mini

Digər xəbərlər