ABŞ-ın İllinoys ştatında baş vermiş atışma zamanı 3 nəfər ölüb

ABŞ-ın İllinoys ştatında baş vermiş atışma zamanı 3 nəfər ölüb
# 27 dekabr 2020 07:06 (UTC +04:00)

ABŞ-ın İllinoys ştatının şimalındakı Rokford şəhərində baş verən atışma nəticəsində azı üç nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yerli hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hadisə əyləncə mərkəzlərinin birində baş verib. Boulinq oyunu zalında olan atışma nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Polis hadisə ilə bağlı bir nəfəri həbs edib. Onun insidenti törədən şəxsin olub-olmadığı deyilmir.

Hazırda hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR