ABŞ-ın "Intelsat" şirkəti iflasa hazırlaşır

ABŞ-ın "Intelsat" şirkəti iflasa hazırlaşır
# 07 fevral 2020 11:14 (UTC +04:00)

ABŞ-ın "Intelsat" peyk operatoru iflas prosedurunu həyata keçirmək məqsədilə "Kirkland & Ellis" hüquq şirkətini cəlb edib.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) tərəfindən operatora C-diapazonunda məxsus tezliyin konversiyası üçün təklif etdiyi pul kompensasiyasının məbləğinin az olduğu göstərilir.

FCC kompensasiya məbləğini artırmadığı təqdirdə "Intelsat" iflas üçün müraciət etməyi düşünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR