ABŞ-ın Luiziana ştatında aksiyalar başlayıb

ABŞ-ın Luiziana ştatında aksiyalar başlayıb
# 23 avqust 2020 19:43 (UTC +04:00)

ABŞ-ın Luiziana ştatında aksiyalar başlayıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyalar avqustun 21-də Lafayett şəhərində polis tərəfindən saxlanılan zaman qaçmağa cəhd edən 31 yaşlı Treyford Pelleri adlı afroamerikalının güllələnərək öldürülməsi ilə əlaqədardır.

Lafayett şəhərində onlarla insan küçələrə çıxıb. Dinc başlayan aksiyalargecə saatlarında polislə toqquşmalarla müşayiət olunub. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, aksiya iştirakçılarından bir neçəsi saxlanılıb.

Qeyd edək ki, ötən cümə günü axşam saatlarında Lafayett polisinə mağazaya bıçaqla daxil olmaq istəyən şəxs barədə zəng daxil olub. Hadisə yerinə gələn polislər elektroşok aparatı vasitəsi ilə onu zərərsizləşdirməyə çalışsalar da, aparat çalışmayıb və polislər atəş açıblar. Nəticədə güllə yarası alan T. Pelleri xəstəxanaya aparılsa da, həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR