ABŞ-ın Miçiqan ştatında parlament binası yaxınlığında onlarla silahlı şəxs toplaşıb

ABŞ-ın Miçiqan ştatında parlament binası yaxınlığında onlarla silahlı şəxs toplaşıb
  • Clock-gray 03:14
  • calendar-gray 18 Yanvar 2021

ABŞ-ın Miçiqan ştatının Lensinq şəhərində parlament binasın qarşısına onlarla silahlı şəxs toplaşıb.

APA xəbər verir ki, bu barədə “MSNBC” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, binada çoxlu jurnalistlər var və oraya toplaşan vətəndaşlar ştatda icazə verilən odlu silahlarla nümayişkaranə şəkildə ətrafda gəzdirlər. Polis parlament binasının ətrafını mühasirəyə alıb. Zirehli avtomobillərdə olan Milli Qvardiyanın əsgərləri də yaxınlıqdadır.

Telekanalın təqdim etdiyi görüntülərdən aydın olur ki, parlamentin yaxınlığında vəziyyət sakitdir, jurnalistlər və etirazçılar yaşıllıq ərazidə gəzirlər.

apa-logo-mini

Digər xəbərlər