ABŞ-ın Minneapolis şəhərində afroamerikalının ölümü ilə bağlı keçirilən aksiyada onlarla insan saxlanılıb

ABŞ-ın Minneapolis şəhərində afroamerikalının ölümü ilə bağlı keçirilən aksiyada onlarla insan saxlanılıb
  • Clock-gray 02:57
  • calendar-gray 02 Yanvar 2021

ABŞ-ın Minneapolis şəhərində gənc afroamerikalı Dolal Beyl İddin polislər tərəfindən öldürülməsinə görə etiraz aksiyası keçirilib. Etirazçılar gəncin öldürülməsi bağlı rəsmi dairələrin aydınlıq gətirməsini tələb ediblər. Aksiya zamanı onlarla insan saxlanılıb.

APA xəbər verir ki, bu barədə “KSTP” telekanalı məlumat yayıb.

Bundan bir gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədə iştirak edən və şübhəlinin olduğu avtomobilə atəş açan polislərdən birinin üzərindəki videokamera vasitəsilə yazılmış görüntüləri yayımlayıblar. Videogörüntülərdən aydın olur ki, İdd bir yanacaqdoldurma məntəqəsində polisin əllərini qaldıraraq avtomobildən düşməklə bağlı tələbinə məhəl qoymur və öz avtomobilni polis maşınlarına çırpır. Bundan sonra polislər onun yolunu bağlayır və bir neçə saniyə sonra polis əməkdaşları ona atəş açırlar.

Şəhər polisinin bildirdiyinə görə, 23 yaşlı İdd cinayətdə şübhəli bilinirdi və şahidlər ilk olaraq onun silahı çıxardığını qeyd ediblər.

Bu, yayda afroamerikalı Corc Floydun həbs olunarkən polis tərəfindən öldürülməsindən bəri bu şəhərdə bir şəxsin yenə polisin əli ilə öldürüldüyü ilk faktdır.

apa-logo-mini

Digər xəbərlər