ABŞ-ın Minnesota ştatında atışma zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb

ABŞ-ın Minnesota ştatında atışma zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb
# 23 dekabr 2019 06:47 (UTC +04:00)

ABŞ-ın Sprinq-Leyk-Park (Minnesota ştatı) şəhərində restoranlardan birinin avtodayanacağında baş verən atışmada azı bir nəfər ölüb, 6 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günündən bazar gününə keçən gecə baş verib. Ölən şəxs 19 yaşlı kişidir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri barədə açıqlama verilmir.

Telekanal qeyd edir ki, polis hələ də cinayətkarı müəyyənləşdirə bilməyib, insidentin səbəbləri də məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR