ABŞ-ın Tennessi ştatında daşqınlar zamanı 4 nəfər ölüb

ABŞ-ın Tennessi ştatında daşqınlar zamanı 4 nəfər ölüb
# 29 mart 2021 00:55 (UTC +04:00)

ABŞ-ın Tennessi ştatında həftəsonu tüğyan edən və bölgədə daşqınlara səbəb olan şiddətli qasırğadan sonra Neşvill şəhərində azı dörd nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “The Washington Post” yerli polisə istinadən məlumat yayıb.

Neşvill polis departamentinin məlumatına görə, bu saatlara qədər dörd nəfərin cəsədi aşkar olunub.

“Polis hazırda qasırğanın səbəb olduğu düşünülən dörd ölüm hadisəsini araşdırır”, - deyə şəhər meri bildirib və əlavə edib ki, fövqəladə hallar xidmətləri Qırmızı Xaç cəmiyyətinin nümayəndələri ilə birlikdə qasırğadan ziyan görmüş bölgəni araşdırır.

Qeyd edək ki, bu həftəsonu ABŞ Milli Meteoroloji Xidməti müxtəlif ştatlarda 250-dən çox sərt hava şəraiti barədə məlumat yayıb ki, onların da 16-sı tornado xəbərdarlığı ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR