ABŞ-ın Texas ştatında 3 nəfəri öldürən şəxs saxlanılıb

ABŞ-ın Texas ştatında 3 nəfəri öldürən şəxs saxlanılıb
# 20 aprel 2021 05:22 (UTC +04:00)

ABŞ-ın Texas ştatının hüquq-mühafizə orqanları bazar ertəsi günü Stiven Broderiki həbs ediblər. ABŞ rəsmi orqanlarının qənaətinə görə, o, Ostin şəhərində üç nəfəri güllələməkdə şübhəli bilinir.

APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Menor şəhərinin polis rəisi Rayan Fillips bildirib.

Qeyd edək ki, Ostində yaşayış binası yaxınlığında baş vermiş silahlı insident nəticəsində iki qadın və bir kişi öldürülüb. Cinayətdə əvvəllər polis idarəsində çalışan Broderik şübhəli bilinib.

Fillips qeyd qeyd edib ki, Broderik polisə müqavimət göstərmədən təslim olub. Onun üzərində tapança da olub.

İnsidentin hansı motivdə baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR