ABŞ-ın Texas ştatında atışma zamanı keşiş öldürülüb

ABŞ-ın Texas ştatında atışma zamanı keşiş öldürülüb
# 04 yanvar 2021 00:20 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Uaynona şəhərində kilsədə baş vermiş atışma nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “ABC” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, səhər saatlarında kilsəyə gələn keşiş orada gizlənən naməlum şəxslə əlbəyaxa dava edib və odlu silahla öldürülüb. Telekanal bildirir ki, həmin naməlum şəxs keşişi elə onun əlindən aldığı odlu silahla güllələyib. Rəsmi orqanlar azı iki nəfərin də yaralandığı barədə xəbər verir.

İnsidenti törətməkdə şübhəli bilinən şəxs tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR